“Yeni dünya siyasi xəritəsində bölünmə gedir”.
Bunu Editor.az-a politoloq Əhəd Məmmədli erməni türkoloq Varujan Geqamyanın “Siz hələ də İrəvan ətrafında gəzdiyiniz üçün özünüzü nisbətən təhlükəsiz hiss edirsiniz, bu o demək deyil ki, həmişə belə olacaq. Hazırda Ermənistan Suriya və Ukraynaya çevrilir. Çıxış yolu var və dəfələrlə deyilib: milli hakimiyyət, böyük ordu lazımdır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qarşıdurmada Ukrayna, Ermənistan və İsrail qlobal-liberal dünyanı seçir:”Həmin ölkələr Amerika və Avropa Birliyini seçib. Bu isə yanlış addımdır. Ukrayna bunun bədəlini ödədi. Ermənistan da səhv seçiminin nəticələrini ödəməyə başlayıb. İsrail də təhlükə altındadır”.
Politoloqun fikrincə, Ermənistanın gələcəyi daha çətin vəziyyətə düşə bilər:”Rəsmi İrəvanı Moskva çətin vəziyyətə salmayacaq, özünün seçdiyi güclə bu prosesi həyata keçirəcək. Beləliklə, Ermənistanın regiondakı qonşuları ilə də münasibətləri pisləşəcək. Regionda təklənmiş halda qalan Ermənistanın başına daha böyük faciələr gələ bilər”.
//Safura Bənnayeva,Editor.az

