Avstraliya Səhiyyə Nazirliyi bu günə kimi ölkədə ağcaqanadlar vasitəsilə yoluxan Yapon Ensefaliti Virusuna (JEV) yoluxma sayının 19-a çatdığını və 2 nəfərin virusdan öldüyünü təsdiqləyib.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə “JEV” insanlarda nadir hallarda xəstəlik yaradır və beyin iltihabına səbəb olur.
Qeyd edək ki, Avstriyanın Victoria əyalətində insanlar ilk dəfə ağcaqanadların dişləməsi ilə ötürülən Yapon Ensefalit Virusuna (JEV) yoluxub. Xəstəlik Asiyanın bəzi hissələrində və Avstraliyanın Torres boğazı bölgəsində sürətlə yayılır.
//Gülnarə Abasova, Editor.az

