“Yeni Sabah” generalın fotosunu təqdim edir.
Xatırladaq ki, Ümidvar Əzizalı oğlu Quliyev İmişli rayonunun Oruclu kəndində anadan olub. 2001-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbini, 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
Vətən müharibəsi iştirakçısıdır.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti tərəfindən “Qarabağ” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


