Yeni icra başçısı daha bir vəzifəli şəxsi İŞDƏN ÇIXARDIbackend

Yeni icra başçısı daha bir vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri – baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.