Yeni icra başçısı Ovni Muradov kimdir?backend

Yeni icra başçısı Ovni Muradov kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ovni Mehbalı oğlu Muradov Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Editor.az bildirir ki, “unikal”ın məlumatına görə, Ovni Muradov bu təyinatadək Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini vəzifəsində çalışıb. O, ötən ildən etibarən təhsil naziri vəzifəsini icra edirdi.

Qeyd edək ki, O.Muradov nazir müavini vəzifəsinə təyin olunandək Babək Rayon Təhsil Şöbəsinin müdiri olub.