Yeni il gecəsi: Bir ailənin faciəvi sonu…backend

Yeni il gecəsi: Bir ailənin faciəvi sonu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Aksaray şəhərində dəhşətli yol əzası baş verib. İki avtomobilin toqquşması nəticəsində 7 nəfər həyatını itirib. Qəzanın detallar ortaya çıxıb.  Avtomobil sürücüsü xarici ölkə vətəndaşı olan Nuri Balın (60), spirtli içki qəbul etdiyi, 6 nəfərlik Ergün ailəsinin isə yeni ili qeyd edərək evə döndükləri məlum olub. Ailədən geriyə bir yerdə çəkdirdikləri şəkil qalıb.
Editor.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə  saat  00.30 radələrində baş verib. Nuri Balın (60) idarə etdiyi Almaniya seriyalı avtomobili İbrahim Ergünün (47) idarə etdiyi 68 DP 674 nömrəli avtomobillə toqquşub. Hər iki maşının dəmir-dümürə döndüyü qəzada, Nuru Bal ilə digər avtomobilin sürücüsü İbrahim Ergün, həyat yoldaşı Semiha (54), qızları Rumeysa (12), Sümeyra (19), Ceyda Uğurlu (22) və nəvələri Asel Uğurlu (3) həyatını itirib.
Qəzayla bağlı icra edilən istintaqda avtomobil sürücülərindən alınan qan nümunələri araşdırılıb.  Nuru Balın içkili olduğu təsbit edilib. Onun idarəetməni itirərək , qarşı yola keçərək qəza törətdiyi məlum olub.
Bir ailənin  6 nəfər üzvünün öldüyü faciədən geriyə 1 ay əvvəl qızları Rumeysanın ad günündə çəkdirdikləri bu foto qalıb./sherg.az