Yeni il gecəsi “Hollivud”da nə baş verib?-Restorandan reaksiyabackend

Yeni il gecəsi “Hollivud”da nə baş verib?-Restorandan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün bəzi KİV-lərdə Bakının “Hollivud” restoranında Yeni İl şənliyində dava düşməsi və Rauf Hüseynov adlı vətəndaşın döyülməsi haqqında məlumat yayılmışdı. Məlumatda iddia olunurdu ki, zərərçəkən Raufu “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundov fiziki şiddətə məruz qoyub.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən “Hollivud” restoranının nümayəndəsi Azər Nəcəfov yayılan xəbərləri təkzib edib: “Restoranda heç bir dava baş verməyib. Bu bizə qarşı böhtandır. Tanrıverdi müəllim ümumiyyətlə, uzum müddətdir bu restorana gəlmir”.

Döyüldüyü iddia edilən \Rauf Hüseynov adlı vətəndaş da dava ilə bağlı iddiaları təkzib edib və heç kimlə dalaşmadığını deyib.

//Editor.az