Yeni il şənliyində Putinin yanında yer alan zabit öldürüldü-FOTObackend

Yeni il şənliyində Putinin yanında yer alan zabit öldürüldü-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun baş leytenantı, 26 yaşlı Yuri Şnayderi məhv edib. O, Putinin Yeni il müraciətində rol alan rusiyalı hərbçilər arasında olub.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan (Ştirlitz) yazıb. İşğalçının öldürülməsini Rusiya resursları da təsdiqləyib. Şnayderin adı fevralın 16-da təbliğatçıların hesabatında yer alıb.

“Evocation” saytının məlumatına görə, Şnayder Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini bitirib. Krasnoyarskda yaşayıb və Cənub Hərbi Dairəsində xidmət edib. Zabit ukraynalıların qətlinə görə “İgidlik” ordeni ilə tətif edilib.

//Samir Qurbanov, Editor.az