“İPhone 17” seriyasının demək olar ki, bütün modelləri əvvəlki nəsil iPhone 16 ilə eyni qiymət intervalında satışa çıxarılacaq.
Editor.az xəbər verir ki, gözləntilərin əksinə olaraq, bahalaşma yalnız iPhone 17 Pro modelinə şamil olunacaq və bu da şərti xarakter daşıyacaq.
Analitiklərin qeyd etdiyinə görə, Apple 2017-ci ildən bəri Pro versiyalar üçün formalaşmış 999 dollar baza qiyməti ənənəsini bu il dəyişəcək. Səbəb isə şirkətin artıq 128 GB yaddaş tutumundan imtina edərək daha böyük daxili yaddaşa üstünlük verməsidir.
//Samir Qurbanov, Editor.az

