“Rus sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri olub. Kreml administrasiyası onu Qarabağa göndərməklə Andrey Volkovdan qalan problemləri həll etməyə çalışır”.
Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov Rusiya sülhmərmalılarının yeni komandanı Aleksandr Lentsovun Xocalıda separatçı qrupun rəhbəri ilə görüşü zamanı səsləndirdiyi “yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşlər olacaq və həftənin sonunda məsələni həll edib məlumat veriləcək “fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, general-polkovnik Rüstəm Muradovdan bəri eyni vəzifəyə təyin olunan 3-cü generaldır:
“Lakin bütün bunlar nəticəsiz qalır. Görünən odur ki, Lentsovun ilk tapşırığı Ermənistan-Azərbaycan dövlət sərhədində Laçın rayonu ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsinin açılmasına nail olmaqdır. Bu prosesin baş verməyəcəyi aydın məsələdir. Çünki Azərbaycan orada fəaliyyətini tənzimləyib. Komandanlıq ermənilərə başqa birşey deyə bilməz. Yəni bir vəd verməlidir. Amma hər vəziyyətdə Lentsovun koordinasiyası Azərbaycanla olmalı idi”.
Politoloq bildirib ki, separatçılarla görüşün məqsədi separtizmi dəstəkləməkdir:
“Baş verənlərdən başqa bir nəticə çıxartmaq çətin məsələdir. Lentsovun ilk fəaliyyəti elə təxribat xarakterli addımlar kimi dəyərləndirilə bilər. Yaxın vaxtda rəsmi Bakı bu fəaliyyəti dəyərləndirib lazımı addımları atacaq “.
//Safura Bənnayeva, Editor.az

