“Yeni məğlubiyyət perspektivi Ermənistan üçün çox real görünür, Paşinyan isə sadəcə müqəvvadır”-ŞƏRHbackend

“Yeni məğlubiyyət perspektivi Ermənistan üçün çox real görünür, Paşinyan isə sadəcə müqəvvadır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər Rusiyanın Ermənistanla bağlı iki addıma gedə biləcəyi haqda proqnozlar verilir: Nikol Paşinyanı iqtidardan uzaqlaşdırmaq və ya sui-qəsdlə aradan götürmək. İkinci variantı deyənlər 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş verən teraktı xatırladırlar. Amma ekspertlər bir məqamı vurğulayırlar ki, Qərb Ermənistanda ciddi tədbirlər görüb. Paşinyanı həm siyasi, həm də fiziki baxımdan qoruyur. Rusiyanın Ermənistana müdaxilə imkanlarının minimuma endiyi deyilir. Bəs bu arqumentlər, proqnozlar nə dərəcədə ciddi və mümkündür?”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, yeni məğlubiyyət perspektivi Ermənistan üçün çox real görünür, Paşinyan isə sadəcə müqəvvadır:

“Məxməri inqilabdan, 44 günlük müharibədən və qanunsuz rejimin silahsızlaşdırılmasından sonra Ermənistanın qəribə və regiona yad Qərb arzularının mövcud çağında Qərb və Rusiya arasında olduğu qədər, onların dəstəklədikləri keçmiş və indiki liderlərin realizə etdikləri siyasi kurslar arasında da kifayət qədər paralellik aparılır, müzakirələr gedir. Təhlillərin obyekti ən çox Gürcüstan və Ermənistandırsa, subyekt isə Mixail Saakaşvili və Nikol Paşinyan üzərindəndədir. Düşünürəm ki, heç nəyi və heç kimi deyil, qeyd etdiyim siyasi prosesləri əsas tutmaqla Paşinyanın artıq məlum olan aqibəti haqqında nəsə demək olar. Çünki məkan eyni, proseslər bənzərdirsə, müxtəlif olan isə sadəcə fiqurlardır.

Ermənistan tərəfindən Rusiyanın “NATO-nun analoqu” – KTMT-dəki üzvlüyünün dondurulması ilə bağlı bəyanat, KİV-də Volodimir Zelenskinin Ermənistana mümkün səfəri ilə bağlı xəbərlər, daha sonra isə Aİ-yə daxil olmaq və namizəd statusu əldə etmək kursundan keçməyə hazır olduqlarının ifadəsi Ermənistan rəhbərliyinin sadəcə ölkədə anti-Rusiya əhval-ruhiyyəsi yaratmasından xəbər vermir ki bu, onu Qərbə yönləndirsin, bu həm də son zamanların siyasi diskursun əsas məsələlərindən biridir. Bununla yanaşı, bir tərəfdən İrəvanı Rusiya və Belarus ittifaqına cəlb etmək üçün müəyyən planların olması barədə müzakirələr gedirsə, digər yandan Mixail Saakaşvili və Nikol Paşinyanın siyasi portretlərinin və şəxsi ambisiyalarının, həmçinin mümkün aqibətlərinin də müzakirəsi gedir. Lakin etiraf etmək lazımdır ki, özlərini çoxvektorlu siyasətin tərəfdarları hesab edən, Qərbin dəstəyi ilə hakimiyyətə gələn iki şəxs arasında ciddi fərqlər də mövcuddur. Paşinyan istər seçilməzdən əvvəl, istərsə də ondan sonra xarici vektorun qorunub saxlanmasından, eləcə də Rusiya-Ermənistan münasibətlərinin vazkeçilməzliyi və əsas əhəmiyyətindən danışsa da, bundan fərqli olaraq Saakaşvili Gürcüstanın açıq-aydın Aİ-yə can atmasından, Avropaya inteqrasiyadan danışıb, ABŞ və NATO ilə əlaqələri dərinləşdirmək istiqamətində məqsədyönlü addımlar atdı. Hətta iqtisadi sahədə kifayət qədər uğurlar da əldə etdi. Addımlar fərqli olsa da icraat oxşar məntiqlə irəliləyirdi. Nəticə etibarilə, Saakaşvili Qara dəniz status-kvonunun Rusiyaya qarşı dəyişdirilməsinin mümkünsüzlüyünü anlayaraq onun sərt və gözlənilməz cavabının qurbanı oldu. İndiki zamanda isə Mariya Zaxarovanın dili ilə “Ermənistanın yeni qurban kimi Qərb siyasətçilərinin alver predmetinə çevrilməsi” ifadəsinin işlədilməsi, düşünürəm ki, Rusiya tərəfinin ilk sərt və son yumşaq bəyanatı idi. Bu amilin məhz praqmatizm üzərindən dəyərləndirilməsi də son zamanlar gördüklərimiz və eşitdiklərimizin utopik və bəzəkli mülahizələri deyil, Ermənistana konkret reallıqların dərk edilməsi istiqamətinin verilməsi məsələsi idi. Ermənistanın həqiqətən də paradiqmanın fundamental dəyişdirilə biləcəyinə inanması, bunun düşüncəsi belə onun Qərbə addım atması deyil, meyil belə etməsinin perspektivi nəinki kifayət qədər skeptik deyil, hətta utopikdir. Paşinyan Rusiyaya qarşı siyasi və ideoloji nifrət zəminində fərqli əsaslandırmalarla Qərbin maksimalist, dağıdıcı məqsədlərini irəli sürməyə davam edir. Yeni məğlubiyyət perspektivi Ermənistan üçün çox real görünür, Paşinyan isə sadəcə bir müqəvvadır”.

Politoloq bildirib ki, Ermənistanın hansı istiqamətdə olsa belə əhəmiyyətli irəliləyişlər əldə etmək qabiliyyəti hələ də Qərbin ona verdiyi dəstəyin səviyyəsindən belə asılı deyil:

“Millətçi və populist şüarlarla hakimiyyətə gələn Nikol Paşinyan guya daha işdüzəldən kimi özünü qələmə verərək ilk başda illərlə danışıqların “imitasiyası” ilə konstruktiv fasadın saxlanmasına getdisə, onun indi və yenidən aqibət sorağında olması yanlışdır. Hərtərəfli yaxşı təchiz edilmiş Azərbaycan dövləti sübut etdi ki, Ermənistanın havadarları ilə birgə formalaşdırdıqları müxtəlif istiqamətli hücum səyləri olsa belə Azərbaycan Ermənistanın hətta marjinal qazanc əldə etməsinə belə mane olacaq”.

//Gülnarə Abasova, Editor.az