Yeni müharibə başlayır: Ermənistan körpü olacaq – Baqratyandan ŞOKbackend

Yeni müharibə başlayır: Ermənistan körpü olacaq – Baqratyandan ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Mehridən dəhliz verib. Bu məsələdə əldə etdiyimiz əsas uğur sənəddə “dəhliz” sözünün əvəzinə “Trampın yolu”nun yazılmasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan deyib.

O iddia edib ki, tezliklə İranla Ermənistan arasında ciddi problemlər olacaq:

“Həmin dəhliz vasitəsilə İrana qarşı müharibədə Ermənistanı körpü edəcəklər. Qarşıda bizi yeni müharibə gözləyir: bu dəfə İsrail–İran deyil, ABŞ–İran. Paşinyan iqtidarda qalsa, Ermənistan yeni müharibədə İrana qarşı mövqe sərgiləyəcək”.

Baqratyan həmçinin deyib ki, Zəngəzur dəhlizinin verilməsi Ermənistana sərbəst girişə səbəb olacaq:

“10 min azərbaycanlı gəlib “mən Mehridə yaşamaq istəyirəm” desə, nə edəcəksən? Avtomatla atəş açacaqsan? Yox, “gəldilər, qalsınlar” deyəcəksən”.