YENİ MÜHARİBƏ EHTİMALI: Regionda nə baş verir?-AÇIQLAMAbackend

YENİ MÜHARİBƏ EHTİMALI: Regionda nə baş verir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq İran ətrafında çənbər daralmaqdadır. İranın uzun illər ərzində bütün dünya üçün təhdid və təhlükə ocağına çevrilməsi, terror yuvası obrazını oynaması elə rəsmi Tehranın siyasətinin göstəricisidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib.


Onun sözlərinə görə, İran nəinki Qərb dövlətləri ilə, hətta qonşuları ilə də açıq şəkildə konfrantasiyaya gedir:

“Onlardan biri də Azərbaycandır. Ölkəmiz İrana qarşı bütün dünyanın tətbiq etdiyi embarqolara baxmayaraq qonşuluq siyasətinə hörmət əlaməti kimi heç vaxt ona bu proseslərə qoşulmayıb. Çox təəssüf ki, İranın bunları nəzərə almayaraq rəsmi Bakıya təhdid və təhlükə xarakterli siyasət ortaya qoyması ondan xəbər verir ki, beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, dəyərlər heç bir rola malik deyil. Onlar sadəcə hazırkı rejimin maraqlarına xidmət edir”.

Politoloq qeyd edir ki, bu gün İrana qarşı həyata keçirilən hücumların İsrail tərəfindən baş verdiyi ilə bağlı kifayət qədər məlumatlar yayılıb:

“Bir gecədə İranın çox böyük itkilər verməsi ondan xəbər verir ki, artıq uzun illər ərzində sadəcə fikirlərdə və bəyanatlarda əks olunan konfrantasiya döyüş meydanına keçir. Bu, çox ciddi təhlükədən xəbər verir. Yeni siyasi, iqtisadi, hərbi düzənin formalaşdığı məqamda dünyada bəzi dövlətlər arasında mövcud olan münaqişələrdə “haqq-hesab” mərhələsinə qədəm qoyulub. Bu da onu göstərir  ki, yaxın qonşuları, o cümlədən İsraili təhdid edən, hədə-qorxu gələn İran həmin dövlətlər tərəfindən hücuma məruz qalır.
İsrail regionda ABŞ-ın müttəfiqidir. Ona görə də bu münaqişəyə qoşula bilər. Hər bir halda bu Ukrayna müharibəsinin fonunda növbəti müharibənin yaranmasına gətirib çıxaracaq. Ümid edək ki, dünya dövlətləri bu münaqişənin sülh və danışıqlar prosesində həll etməyə üstünlük verəcəklər. Amma hazırkı proses heç də onu deməyə əsas vermir”.

//Safura Bənnayeva, Editor.az