Yeni müharibə ocaqları fonunda dünyanın taleyi və regionun gələcəyi: NƏLƏR BAŞ VERİR?- ŞƏRHbackend

Yeni müharibə ocaqları fonunda dünyanın taleyi və regionun gələcəyi: NƏLƏR BAŞ VERİR?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün dünya növbəti savaşa həmişə olduğundan daha yaxındır. Amma bu müharibənin qarşısını almaq üçün zəruri olan tədbirlərin hamısı görülürmü? Təbii ki, yox. Çünki belə olsaydı, münaqişələri daha da qızışdırmaq deyil, onun qarşısını almağa çalışardılar. Biz isə əksini görürük. Rusiya -Ukrayna müharibəsi bitməmiş Yaxın Şərqdə yeni müharibə ocağı yaranır. Bu ocağı söndürmək əvəzinə onu daha da qızışdırırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.


Politoloq bildirib ki, bütün bu hadisələr, müharibələr və qırğınlar fonunda həm dünyanın taleyi, həm də Cənubi Qafqaz regionun gələcəyi ciddi narahatçılıq doğurur:

” Görəsən,bizim lap yaxınlığımızda baş verən müharibələrin regiona keçmək ehtimalı varmı? Biz bu müharibələrdən və ya dünya müharibəsindən kənarda qala bilərikmi? Təbii ki, bu suallar düşündürücüdü və demək olar, hamını narahat edir. Hesab edirəm ki, bizim regionu da müharibə ocağına çevirmək arzusunda olanların ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin apardığı diplomatik gedişlər nəticəsində Cənubi Qafqaz bir qədər müharibədən uzaqlaşıb. Amma bunun həmişə belə olacağını düşünmək sadəlövhlük olar. Bu gün Azərbaycanın apardığı regional siyasət müharibədən qaçmağa imkan verirsə, sabah bu, mümkün olmaya bilər. Çünki Azərbaycandan fərqli olaraq digər region dövlətləri Azərbaycan qədər sülhün arxasınca getmir.

Dünya müharibəsinə gəlincə, bu baş verərsə, heç bir dövlət təsirsiz qalmayacaq. Azərbaycan da dünya birliyinin üzvü olduğuna görə, baş verə biləcək qlobal döyüşlər və bu döyüşlərin gətirəcəyi məhrumiyyətlər ona da təsir edəcək. Məhz ona görə də hamımız öz səviyyəsində və imkanları daxilində istənilən müharibənin baş verməsinə qarşı çıxmalıdır”.

//Gülnarə Abasova, Editor.az