Yeni müharibə xofu – Qərbin Azərbaycandan istəyi artırbackend

Yeni müharibə xofu – Qərbin Azərbaycandan istəyi artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycandan qaz tədarükünün artırılmasının Aİ ilə Rusiya arasında Ukrayna ətrafında yaranmış gərginlik fonunda müzakirə olunacağı gözlənilir”.

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasında nə hərb, nə sülh fonunda baş verən həmlələrə çoxlu sayda hərbi texnika və diplomatik resursların sərf edilməsi qəbuledilməzdir:

“”Financial Times” yazır ki, Avropa İttifaqı Azərbaycandan qaz tədarükünü artırmağı istəyir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson gələn həftə Bakıya səfər edəcək.

Ukrayna prezidenti Volodimir Zelenski də son bəyanatında bildirib ki, Qərb liderləri və KİV belə bir yalançı təsəvvür yaradırlar ki, sanki sabah Ukraynada müharibə başlayacaq. Bu da iqtisadi sabitliyi pozur və sabitləşmə üçün əlavə 4-5 milyard dollar xərcləmək lazım gəlir. Onun sözlərinə görə hətta öz çəkisi olan dövlətlərin rəhbərləri belə qeyri-diplomatik yolla deyirlər ki, bizdə müharibə başlayacaq. Britaniya, Fransa, Almaniya və Litva da KİV belə bir təəssürat yaradır ki, bizdə döyüşlər gedir, səfərbərlikdir. Lakin belə deyil. Bizə panika lazım deyil.

Ukrayna lideri bildirir ki, müharibə olarsa sərhədləri aşacaq: “Ukrayna və Rusiya arasındakı müharibə ehtimalından çox ehtiyatla danışmaq lazımdır. Genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə, bu Ukrayna sərhədləri çərçivəsindən çıxacaq”.

Eyni zamanda Zelenski ölkədə olan xarici diplomatların Kiyevdən təxliyəsini də səhv addım adlandırır. NATO-dan konkretlik tələbləri də diqqət cəkir. Gələcəkdə alyansa üzvlük ilə bağlı irəli sürülən şərtlər rəsmi Kiyevi qane etmir, çünki təhdid və risklər bu günün reallığıdır.

Bu arada ABŞ Ukraynaya müxtəlif çaplı döyüş sursatlarının daha bir partiyasını çatdırıb. Ukraynanın müdafiə naziri Reznikov Amerika tərəfinə göstərdiyi köməyə görə təşəkkür edib. Artıq indidən hibrid kontekstdə infomüharibə gedir və yenidən dünyanın nüfuz dairələrinə bölüşdürülməsi prosesində “Qordi düyününün” çözülməsi çətinlik yaradır. Qəbuledilməz olan isə nə hərb, nə sülh fonunda baş verən həmlələrə çoxlu sayda hərbi texnika və diplomatik resursların sərf edilməsidir”.