“Yeni münaqişələrin olacağı ilə bağlı proqnozlar reallığa daha yaxındır”-AÇIQLAMAbackend

“Yeni münaqişələrin olacağı ilə bağlı proqnozlar reallığa daha yaxındır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, 2023 və ondan öncəki illərdə dünyada yaranmış münaqişələr içərisində “Qarabağ” məsələsi xaricində heç bir münaqişənin həllini tapdığına şahid ola bilmədik”.

Bu sözləri Editor.az-a 2024-cü ildə dünyanı gözləyən siyasi münaqişələrlə bağlı danışarkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi davam edir və yaxın zamanlarda bitəcəyi ilə bağlı perspektiv görünmür: “Yaxın Şərqdə başlanan müharibənin də eyni şəkildə sonu görünmür.

2024-cü ildə davam edən münaqişələrin həlli yönümündə həlledici yekunun olacağını söyləmək də çətindir. Bununla yanaşı dünyanın müxtəlif bölgələrində yeni-yeni münaqişə və konfliktlərin, hətta müharibələrin anonsu verilir. Bu sırada Qırmızı dənizdə Yəmən-Amerika, Yəmən-Qərb müharibəsinin artıq izləri görünür”.

Ekspert onu da qeyd edib ki, dünyanın Arktika bölgəsində də Amerika-Rusiya münasibətləri artıq kəskin mərhələyə çatıb:

“İndiyə qədər zəngin ehtiyatlara malik olan bu ölkənin bölüşdürülməsi istiqamətində bəyanatlar eşidilirdisə, bu gün artıq ciddi təhdidlər səslənir. Amerika orada milyonlarla kvadrat kilometr ərazini özününkü hesab etdiyi ilə bağlı bəyanat səsləndirdikdən sonra Rusiya bunun cavabsız qalmayacağını bildirib.

Həmçinin Çin-ABŞ arasında da münaqişə yaranır. Bu münaqişə əsasən iqtisadi məsələlər ətrafında olsa belə, bəzən hərbi müstəviyə də yaxınlaşır.
Balkan bölgəsində də münaqişəli vəziyyət hökm sürür.

2024-cü ildə mövcud olan münaqişələrin yekunlaşdıracağını demək çətindir. Hətta yeni münaqişələrin olacağı ilə bağlı proqnozlar reallığa daha yaxındır”.

//Səbinə Hüseynli, Editor.az