Yeni qərar banklarda faiz artımına təsir edə bilərmi?- “Uçot dərəcəsi artdıqca…”backend

Yeni qərar banklarda faiz artımına təsir edə bilərmi?- “Uçot dərəcəsi artdıqca…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Mərkəzi Bank uçot dərəcəsini 8.75 faiz, faiz dəhlizinin aşağı həddini 7 faiz, yuxarı həddini isə 9.75 faiz-ə qədər artırmışdı. Bu artım banklardan kredit götürmək istəyən vətəndaşları da düşündürməyə başlayıb. Belə ki, maraqlıdır yeni qərar banklarda faiz artımına təkan verəcəkmi?

İqtisadçı ekspert Natiq Cəfərli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankı faiz artımının əsas səbəbi kimi inflyasiyanı göstərir:

” Beləliklə, Mərkəzi Bank dünya Mərkəzi Banklarının təcrübəsinə əsaslanaraq faiz artımı ilə inflyasiyanı cilovlamağa çalışır. Ancaq Azərbaycanda inflyasiyaya təsir göstərən ən sonuncu amil uçot dərəcəsidir. İnflyasiyaya daha ciddi amillər təsir göstərir. Ona görə də faiz koridorunun artırılması ilə inflyasiyaya ciddi təsir etmək mümkün deyil. Ancaq bu qərar bank faizlərinə təsir göstərir. Uçot dərəcəsi artdıqca bankların kredit faizlərinin dərəcələri də artır. Son zamanlar bu müşahidə olunur. Əsasən də istehlak kreditlərində yenidən 25-30 faizlik kredit faizlərini görürük ki, bu da həm də uçot dərəcəsinin artması ilə əlaqədardır”.

//Gülnarə Abasova, Editor.az