Amerika prezidenti Donald Tramp əmindir ki, tətbiq edilən tariflər ABŞ-a əlavə 6-7 trilyon dollar qazandıracaq. Onun sözlərinə görə, birjada və bütövlükdə ölkədə “sürətli artım” olacaq.
“Düşünürəm ki, hər şey çox yaxşı gedir. “Birləşmiş Ştatların ölkəyə 6-7 trilyon dollar gəliri olacaq” deyən Tramp tariflərin ABŞ fond bazarına təsirini şərh edərkən bildirib.
Xatırladaq ki, aprelin 2-də Ağ ev rəhbəri 185 ölkədən idxal edilən mallara tariflərin tətbiq edildiyini açıqlayıb. Siyahıda Rusiyanın adı yoxdur.
Amerika lideri, həmçinin, mayın 3-dən gec olmayaraq, hazır avtomobillər üçün 25 faizlik rüsumlar qüvvəyə minib.
//Samir Qurbanov, Editor.az