Yeni tədris ilində mütləq şəkildə ənənəvi təhsil bərpa olunmalıdır- Ekspertbackend

Yeni tədris ilində mütləq şəkildə ənənəvi təhsil bərpa olunmalıdır- Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” 2021-2022-ci il üzrə yeni tədris ilinin ənənəvi formada başlaması mümkündür. Ötən ilə nisbətən ənənəvi təhsilin bərpası üçün hal -hazırda ölkədə vəziyyət daha ürəkaçandır. Çünki artıq Azərbaycanda 5 milyondan çox vətəndaş peyvənd olunub”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O, bildirib ki, Azərbaycanda vaksinasiya prosesi sürətlə həyata keçirilir və təhsil işçilərinin də əksəriyyəti bu prosesdən keçib:

“Ölkədə gün ərzində koronavirusa yoluxanların sayı mini keçib. Ölkəmizdə sərt qapanmalara o zaman gedilir ki, yoluxma sayı pik həddə çatır və artıq xəstəxanalarda xəstələrin yerləşdirilməsi üçün yer qalmır. Hal-hazırda ölkədə aktiv xəstə sayı 11 mindir və bu say sentyabra qədər 30 mini keçərsə, bu ənənəvi formada təhsilin bərpasına mane olacaq”.

Ekspert qeyd edib ki, Azərbaycanda 2019-2020-ci tədris ilinin ikinci yarısı, eyni zamanda 2020-2021 tədris ili onlayn qaydada keçirildi və bunun fəsatları göz qabağındadır:

” Onlayn tədris prosesi təhsilin keyfiyyətinin aşağı düşməsinə ciddi şəkildə təsir göstərdi. Məktəbdaxili qiymətləndirmələrdə, 9-11- ci sinif şagirdlərinin buraxılış imtahanlarında nəticələrinin aşağı olması onu deməyə əsas verir ki, distant təhsildən biz heç bir fayda görmədik və növbəti ildə də onlayn təhsilin bərpasının da heç bir faydası olmayacaq. Bu il ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin nəticələrini 2019-cu il nəticələri ilə müqayisə etsək xeyli aşağı olduğunu görərik. Bütün bunları nəzərə alaraq müəyyən pandemiya qaydaları çərçivəsində yeni tədris ilində mütləq şəkildə ənənəvi təhsil bərpa olunmalıdır. Artıq universitet rəhbərlikləri tərəfindən də yeni tədris ilinə qədər 18 yaş üstü tələbələrin peyvənd olunması ilə bağlı göstərişlər verilir”.

//Gülnarə Abasova, Editor.az