Yeni tələblərə cavab verməyən taksi sürücülərinin hesabları bağlanır – AÇIQLAMAbackend

Yeni tələblərə cavab verməyən taksi sürücülərinin hesabları bağlanır – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolt” və “Uber”in yeni qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərini bloklamağa başladığı deyilir.

Məsələ ilə bağlı “Bolt” taksi şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, iyulun 1-dən etibarən qüvvəyə minən yeni qaydalara uyğun gəlməyən sürücülərin profilləri bağlanır.

Qeyd edək ki, eyni zamanda, digər taksi şirkətləri də onlarla əməkdaşlıq edən sürücülər arasında taksi fəaliyyəti üçün nəzərdə tutulan qaydalara uyğun gəlməyən sürücülərin hesabını bloklayırlar.