Yeni təyin olunan rəis 23 yaşında bank rəhbəri olub – DOSYEbackend

Yeni təyin olunan rəis 23 yaşında bank rəhbəri olub – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Quliyev Vəli Eldar oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəisi təyin olunub.

Oxu.Az yeni rəisin bioqrafiyasını təqdim edir.

O, 1984-cü ildə Sumqayıt şəhərində anadan olub.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

O, 2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri olub.

2016-cı ildən isə Parabokt adı ilə “bank olmayan kredit təşkilatı” (BOKT) kimi olduqda da sədr vəzifəsini yerinə yetirib.

2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün V.Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.