Yeni yol xəritəsi hazırlanır: Moskva çalışacaq ki…backend

Yeni “Yol xəritəsi” hazırlanır: Moskva çalışacaq ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa ittifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 15 dekabrda Azərbaycan və Ermənistan liderlərinin görüşündə hər hansı bir sənədin imzalanması gözlənilmir. Burada Brüssel vasitəçi olaraq iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində yeni bir “Yol Xəritəsi” hazırlaya bilər. Avropa İttifaqının iki ölkə arasında sülh müqaviləsi üçün vasitəçiliyinə Moskva imkan verməyəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi analitikin sözlərinə görə Ermənistan Baş naziri Nikol Paşinyan məhz Moskvadan kənar Brüssellə əməkdaşlıqda maraqlı görünür. Bu da Kremli qəzəbləndirən əsas amildir:

“Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üç tərəfli görüş baş tutacaq. Qeyd edim ki, 15 dekabr görüşü planlaşdırılmasaydı, Soçi görüşü də baş tutmayacaqdı. Moskva çalışacaq ki, yeni bir sənəd imzalansın. Bu da Brüssel görüşünə kölgə salsın. Soçi görüşündə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə sənəd imzalanması və nəqliyyat yollarının açılması razılaşdırılmalıdır. Burada Azərbaycanın irəli sürdüyü və 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə əsasən, dəhlizə uyğun texniki imkanları özündə əks etdirən bunktun yerinə yetirilməsi Zəngəzur dəhlizinin açılması istiqamətində tərəflər arasında danışıqlar olacaq. N. Paşinyan razılıq vermək məcburiyyətindədir”.

//Gülnarə Abasova, Editor.az