Yeni Zelandiya elektrik təyyarələrinə keçirbackend

Yeni Zelandiya elektrik təyyarələrinə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiya Hava Yolları 2026-cı ildən etibarən yük daşımaları üçün akkumulyatorla işləyən bir təyyarəni öz donanmasına inteqrasiya edərək elektrik təyyarələrindən istifadə edən ilk hava yolu şirkəti olmağı hədəflədiyini açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiyanın milli aviaşirkəti Amerikanın aerokosmik istehsalçısı Beta Technologies şirkətindən Alia elektrik təyyarəsi sifariş edib. Təyyarə ilkin olaraq paketlərin və məktubların ölkə daxilində çatdırılması üçün istifadə olunacaq.

“Məqsədimiz kommersiya uçuşlarında yeni nəsil təyyarələrdən istifadə edən ilk hava yolu şirkəti olmaqdır” – deyə Air New Zealand-ın Davamlı İnkişaf üzrə rəhbəri Kiri Hannifin bildirib.

Aviaşirkət hələlik elektrik təyyarələri ilə mümkün sərnişin uçuşlarının tarixini müəyyənləşdirməyib.

May ayında Skandinaviya Hava Yolları 2028-ci ildə ilk kommersiya elektrik reyslərində sərnişin daşımaq niyyətində olduğunu açıqladı.

Air New Zealand verilən məlumatda batareya ilə işləyən Alia-nın təxminən bir saat ərzində tam doldurula biləcəyi ifadə edildi.

Elektrikli avtomobillərdə olduğu kimi, təyyarənin qət edə biləcəyi məsafə çox vacibdir. Aviaşirkətin məlumatına görə, uzunluğu təxminən 12 metr və çəkisi üç ton olan bu model bir sınaq uçuşu ilə 480 kilometr məsafə qət edib.

Təyyarə saatda 270 km sürət yığa bilir və üç min metrə qədər yüksəklikdə uça bilir.

Aviaşirkətin məlumatına görə, təyyarə uçuşa yararlılıq sertifikatını aldıqdan sonra təxminən 150 kilometr ilkin uçuşlar üçün istifadə olunacaq.

//Səbinə Hüseynli, Editor.az