Yeni Zelandiya fələstinlilərə humanitar yardım üçün pul ayıracaqbackend

Yeni Zelandiya fələstinlilərə humanitar yardım üçün pul ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters bildirib ki, ölkə Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə humanitar yardım üçün əlavə 5 milyon Yeni Zelanda dolları (3 milyon ABŞ dolları) göndərəcək.

Editor.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında dərc olunub. Peters qeyd edib ki, yeni maliyyə paketi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramı (WFP) arasında bərabər bölünəcək. Onun sözlərinə görə, pul əhalinin ən həssas kateqoriyasına – qadınlara, uşaqlara və körpələrə dəstək olacaq. Daha 2,5 milyon yeni Zelanda dolları Qəzza zolağında 2,2 milyon ac insana kömək etməli olan Ümumdünya Ərzaq Proqramının nümayəndələrinə göndəriləcək.

Nazir həmçinin İsrail hökumətini Qəzza zolağında humanitar yardımın paylanmasına kömək etməyə və Fələstin ərazisində və İordan çayının qərb sahilində çalışan yardım işçiləri üçün viza almaq prosesini sadələşdirməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az