Yeni Zelandiya iki ildən sonra sərhədlərini açırbackend

Yeni Zelandiya iki ildən sonra sərhədlərini açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyanı təsir altına alan COVİD-19 pandemiyası zamanı sərt tədbirləri ilə yadda qalan Yeni Zelandiyanın iyul ayının sonundan etibarən sərhədlərini bütün ölkələrə açacağı bildirilib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, sərhədlər həmçinin Çin və Hindistan kimi ölkələrdən gələn ziyarətçilər üçün də açılacaq. Eyni zamanda, məcburi COVİD-19 pasportu aradan qaldırılacaq. Keçən ay Avstraliya, ABŞ və Böyük Britaniya daxil olmaqla, 50-dən çox Avropa ölkəsinin vətəndaşı üçün sərhədlər açılmışdı.

Qeyd edək ki, pandemiyadan əvvəl Yeni Zelandiyanı hər il 3 milyon turist ziyarət edirdi. Ölkənin əsas gəlir mənbəyi turizmdir.

//Nəzərbəy, Editor.az