Yeni Zelandiya rəsmiləri Ukraynaya 16 milyon dollar ayıracaqbackend

Yeni Zelandiya rəsmiləri Ukraynaya 16 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Ukraynaya yeni hərbi yardım paketi və Rusiya şirkətləri, vətəndaşlarına qarşı əlavə sanksiyaların mümkünlüyünü açıqlayıb.

Editor.az xəbər verir ki, Xarici İşlər Nazirliyi rəhbərinin müvafiq bəyanatı hökumətin rəsmi saytında dərc olunub. Nazir bildirib ki, 25,9 milyon Yeni Zelanda dolları (16 milyon ABŞ dolları) dəyərində yeni yardım paketi son iki ildə Ukraynaya ayrılan ümumi maliyyəni 100 milyon yeni Zelanda dollarından (62 milyon ABŞ dolları) keçəcək. “Bu, Ukraynaya davamlı dəstəyimizi və Yeni Zelandiyanın dəyər və maraqlarını əks etdirən qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etməkdə qətiyyətli olduğumuzu bir daha təsdiqləyir”, – nazir bildirib. O, həmçinin bəyan edib ki, hökumət mövcud sanksiyalardan yayınmanın qarşısını almaq üçün Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirir.

Nazirin açıqlamasına görə, Ukraynaya yeni yardım paketinin bir hissəsi aşağıdakı kimi istifadə olunacaq: 4 milyon dollar silah və sursat alınmasına, 4,3 milyon dollar ukraynalı qaçqınlara humanitar yardıma, 1,9 milyon dollar isə dollar Ukraynanın yenidən qurulması və islahatlarına sərf olunacaq.

//Gülnarə Abasova, Editor.az