Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edibbackend

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiya Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin saytında deyilir. Sənədə əsasən, yeni məhdudiyyətlər Rusiya neftinin qiymətlərinə və bəzi malların vasitəçilər vasitəsilə Rusiya və Belarusa ixracına təsir edəcək, həmçinin Rusiya vətəndaşları və şirkətləri üçün maliyyə və iqtisadi məhdudiyyətləri əhatə edəcək.

Bildirilib ki, məhdudiyyətlər Yeni Zelandiyanın xarici işlər naziri Uinston Petersin elan etdiyi kimi, 45 Rusiya vətəndaşına və mövcud məhdudiyyətlərdən, o cümlədən Rusiya müdafiə sənayesi üçün texnologiyaların əldə edilməsindən yan keçməyə çalışan 16 təşkilata şamil ediləcək. Yeni Zelandiya hökumətinə görə, “Şimali Koreyadan silah almış” insanlarla əlaqəsi olan insanlar da qadağan ediləcək.

Qeyd edək ki, fevralın 28-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin 13-cü sanksiyalar paketini şərh edərkən bildirib ki, yeni məhdudiyyətlər xüsusi hərbi əməliyyatın (SVO) gedişatına heç bir təsir göstərməyəcək.

//Gülnarə Abasova, Editor.az