Yeni Zelandiyada ikinci rübdə açıqlanan inflyasiya Mərkəzi Bankın sərtləşdirmə dövrünü davam etdirəcəyi ilə bağlı gözləntiləri artırıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, ölkədə ikinci inflyasiya 7,3 faiz olaraq qeydə alınıb. İqtisadçılar bu dövrdə inflyasiyanın 7,1 faiz olacağını gözləyirdilər. Ötən rübdə inflyasiya 6,9 faiz təşkil edib.
Rüblük əsasda ikinci rübdə inflyasiya 1,7 faiz artıb. İnflyasiyanın artan sürəti özü ilə Yeni Zelandiya Mərkəzi Bankının sərtləşdirmə addımlarını da gətirdi. Keçən həftə keçirdiyi iclasda bank ardıcıl üçüncü dəfə 50 əsas bəndlik faiz artımı elan etdi və siyasət faizini 2,5-ə qaldırdı.
//Gülnarə Abasova, Editor.az

