Yenidən müharibə baş verə bilərmi?- “Danışıqlar prosesi dayanırsa…”- Millət vəkili AÇIQLADIbackend

Yenidən müharibə baş verə bilərmi?– “Danışıqlar prosesi dayanırsa…”- Millət vəkili AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin davam etməsinə kölgə salan hərəkətlər edir. Belə ki, Moskvada keçirilən XİN başçılarının üçtərəfli görüşündən imtina edərək Mirzoyan Moskvaya getmədi. Hələ Qərbin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşün Paşinyanın Fransanın iştirak edəcəyi təqdirdə davam etdirəcəyini bildirməsi ümumiyyətlə sülh danışıqları prosesinin dalana salınması kimi dəyərləndirmək olar”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, erməni ekspertlər müharibə ritorikasını yenidən gündəmə gətirirlər:

“Sual olunur yenidən müharibə baş verə bilərmi? Danışıqlar prosesi dayanırsa təbii ki, yenidən müharibənin yaranacağı ehtimalı çoxalır. Amma müharibənin necə bitəcəyi sualı da meydana gəlir. Son vaxtlar Ermənistan Fransa və İranın dəstəyindən ruhlanaraq öz ritorikasını dəyişib.Lakin bu dəstək ancaq sözlə verilir. Hətta Paşinyan Fransanın onlara  silah verməməsini də gündəmə gətirir. Müharibə yenidən baş verərsə Ermənistanın hərbi tör-töküntüləri Azərbaycanın daha güclü nizami peşəkar ordusu ilə qarşılacaq. Bu gün Azərbaycanın Ordusu 44 günlük müharibəsində olduğundan daha da güclüdür. Müharibənin bitdiyi iki ildə müasir yeni silahlar alınmış, peşəkarlığın artırılması istiqamətində mütəmadi hərbi təlimlər keçirilir. Həm də bu hərbi təlimlər əsasən Türkiyə hərbiçiləri ilə birgə keçirilir. Müharibə yenidən baş verərsə, bu, daha qısa müddətli olacaq, Ermənistanın hərbi qalıqları birdəfəlik məhv ediləcək. Ermənistan nə qədər gec deyil öz hərəkətlərinə diqqət etməli və 10 noyabr üçtərəfli bəyanatının icrası və sülh müqaviləsinin imzalanması istiqamətində öz üzərinə düşən öhdəliklərini yerinə yetirmək üçün hərəkətə keçməlidir. Əks halda bu, Ermənistana böyük faciə yaşadacaqdır”.

//Gülnarə Abasova, Editor.az