Yenidən müharibə riski?- “Yumruğumuzu həmişə möhkəm saxlamalıyıq”-Millət vəkilibackend

Yenidən müharibə riski?– “Yumruğumuzu həmişə möhkəm saxlamalıyıq”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın əli harada varsa, orda heç vaxt sülh olmur. Bu gün Fransa Ermənistana dayaq durmaqla regionda sülhün yaranmasına mane olmağa çalışır. Ona görə də İrəvan rəsmiləri Parisə tez-tez səfərlər edir və fransızların dəstəyini genişləndirməyə çalışırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, son vaxtlar sərhəddə və sülhməramlıların məsuliyyət zonasında erməni təxribatların intensivləşməsinin kökündə də Ermənistanın havadarlarının dəstəyinə arxalanmasını dayanır:

“Təbii ki, Ermənistanın hər bir təxribatına ikiqat cavab verməklə qarşısı alınır. Sual olunur ki, təxribatların intensivləşməsi yenidən müharibəyə gətirib çıxara bilərmi? Hesab edirəm ki, təxribatların genişlənməsi qısamüddətli hərbi əməliyyatlar keçirməyimizə məcbur edəcək. Çünki ermənilər başı üstündə yumruğumuzu həmişə hiss etməlidirlər. Yenidən genişmiqyaslı müharibənin isə başvermə ehtimalı yoxdur. Ermənistan yaxşı bilir ki, onun artıq Azərbaycan Ordusu ilə döyüş meydanına çıxaracaq bir qüvvəsi yoxdur. Hətta Fransa və digər havadarları kömək etsə belə Ermənistanın genişmiqyaslı müharibə aparması üçün heç bir potensialı yoxdur. Qeyd etmək istəyirəm ki, Fransanın köməyi ancaq sözdədir. Rusiyanın isə özünün köməyə ehtiyacı var. Ona görə də yenidən müharibənin baş verməsi riskinin çox aşağı olduğunu hesab edirəm. Bununla yanaşı yumruğumuzu həmişə möhkəm saxlamalıyıq”.

//Gülnarə Abasova, Editor.az