Respublika turnirinin yüngül atletika idman növü üzrə zona mərhələsi keçirilibbackend

Respublika turnirinin yüngül atletika idman növü üzrə zona mərhələsi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə 24.05.2021-ci il tarixdə “Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş” yeniyetmələr arasında respublika turnirinin yüngül atletika idman növü üzrə zona mərhələsi keçirilmişdir.

Editor.az xəbər verir ki, ilk öncə rəsmi qonaqlar Gəncə Şəhər Şəhidlər Xiyabanını ziyarət etmiş, Memorial Kompleksin və Vətən müharibəsi şəhidlərinin məzarları önünə gül dəstələri düzmüşlər.

Gəncə Şəhər Mərkəzi Stadionunda keçirilən yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, həkim nəzarəti altında keçirilmişdir. İlk olaraq zona mərhələsi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək turnirin ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi üçün bu zona yarışının çox mühim əhəmiyyəti olacağını bildirmişlər və yarışda iştirak edən bütün idmançılara uğurlar arzulamışlar.

Qeyd edək ki, yarışda ilk iki yeri tutan Gəncə və Bərdə komandaları final mərhələsinə vəsiqə qazanmışlar.