Yeniyetməni amansızca döydülər: ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildibackend

Yeniyetməni amansızca döydülər: ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə 15 yaşlı yeniyetmə döyülüb.
Editor.az APA-ya istinadən bildirir ki, rayon sakini, 2004-cü il təvəllüdlü Əsgərov Zaur Arzu oğlu sol qolunun sınığı və bədəninə yetirilmiş müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, yeniyetmə tanıdığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.