Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq deyib ki, Rusiya nüvə silahından istifadə etməyin dəhşətli nəticələrindən xəbərdardır.
Editor.az xəbər verir ki, Stoltenberq bu barədə CNN telekanalına müsahibəsində bildirib. “Onlar bilirlər ki, bunun ağır nəticələri olacaq. Necə cavab verəcəyimizi dəqiqləşdirməyəcəyəm. Bu, onların hansı kütləvi qırğın silahlarından istifadə edəcəyindən asılı olacaq.
Biz bu mesajları göndəririk və hadisələrin bu yöndə inkişafını mümkünsüz etməyə çalışırıq ”, – Stoltenberq vurğulayıb. Eyni zamanda o, “nüvə silahından istifadə ehtimalı azdır, lakin onun potensial nəticələri o qədər böyük ola bilər ki, biz buna ciddi yanaşmalıyıq” –deyə bildirib. “Və prezident Putinin tez-tez təkrar etdiyi ritorika və təhdidlər isə təhlükəli və məsuliyyətsizlik olmaqla gərginliyi daha da artırrır”, – Stoltenberq bildirib.

