Yens Stolenberq: Ukraynada müharibə özünün dönüş nöqtəsinə çatıbbackend

Yens Stolenberq: Ukraynada müharibə özünün dönüş nöqtəsinə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində alyans ölkələri arasında Ukraynaya ağır tanklar və silahların göndərilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

Editor.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq danışıb. Onun sözlərinə görə, Kiyevə tanklarla yanaşı, hava hücumundan müdafiə sistemləri, ehtiyat hissələr, döyüş sursatları, eləcə də ötürülən texnikaya texniki qulluq lazımdır.

Stoltenberq deyib ki, müharibə indi özünün “dönüş nöqtəsində”dir. Bu baxımdan o, Ukraynanın silah tədarükünə əhəmiyyətli dərəcədə ehtiyacı olduğunu vurğulayıb.

O hesab edir ki, münaqişənin sülh yolu ilə həlli perspektivləri Kiyevə silah tədarükündən asılıdır. “Sabah münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyiriksə, bu gün daha çox silah tədarük etməliyik” – Stoltenberq deyib.

//Samir Qurbanov,Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!