Ukraynadakı münaqişə bitdikdən sonra belə Rusiya ilə münasibətlərdə alyans üçün “geriyə yol yoxdur”. Editor.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O, çıxışı zamanı NATO-nun digər üzvlərinə müraciət edərək bildirib ki, Rusiya ilə münasibətlərin normallaşması heç bir ssenari üzrə mümkün deyil. Alyansın baş katibi əmin edib ki, Kiyev rejiminə dəstək NATO-nun birbaşa maraqlarına cavab verir.
O, Ukraynaya silah satışının yalnız münaqişəni qızışdırdığına dair getdikcə tez-tez yayılan iddiaları xatırladaraq deyib: “Ən böyük risk Putinin Ukraynada qalib gəlməsidir”.
//Samir Qurbanov,Editor.az

