Yens Stoltenberq Gürcüstana gələcəkbackend

Yens Stoltenberq Gürcüstana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi tezliklə Gürcüstana gələ bilər. Bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında Yens Stoltenberq özü bildirib.

“Mən bir neçə dəfə Gürcüstanda olmuşam və tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın gələcəkdə bu ölkəyə yenidən səfər edəcəyəm. Mənim Gürcüstana mesajım islahatlardır və bu, əlbəttə ki, vacibdir”, – Yens Stoltenberq deyib. O, Gürcüstanın Avropaya uğurla inteqrasiyası üçün NATO dəyərlərinə riayət etməli olduğuna diqqət çəkib.

“NATO dəyərlərə – demokratiyaya, qanunun aliliyinə əsaslanır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara cavab verməsi vacibdir”, – Şimali Atlantika Alyansının rəhbəri bildirib. Baş katib əlavə edib ki, Gürcüstan öz yolunu seçmək hüququna malik olan NATO-nun dəyərli tərəfdaşıdır.

//Samir Qurbanov, Editor.az