Yens Stoltenberq: Rusiya Çindən silah istəyib, Çin isə…backend

Yens Stoltenberq: Rusiya Çindən silah istəyib, Çin isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun rəsmi Pekinin Rusiyanın silah tələbini nəzərdən keçirdiyi barədə məlumatı var.

Editor.az bildirir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib: “Biz Çinin Rusiyaya öldürücü silahlar verdiyinə dair heç bir dəlil görmədik, lakin bunun Rusiyanın tələbi olduğuna, Pekində isə məsələnin Çin hakimiyyəti tərəfindən nəzərdən keçirildiyinə dair bəzi işarələr gördük”, – deyə o, detalları dəqiqləşdirmədən bəyan edib.

Stolenberq həmçinin vurğulayıb ki, Çin Rusiyaya ölümcül yardım etməməlidir, çünki “bu, qeyri-qanuni müharibəni dəstəkləmək demək olardı”.

//Samir Qurbanov,Editor.az