Yens Stoltenberq: Türkiyə-İsveç danışıqlarında tərəqqi varbackend

Yens Stoltenberq: Türkiyə-İsveç danışıqlarında tərəqqi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı günü NATO-ya üzvlüklə ilə bağlı Türkiyə-İsveç danışıqlarında irəliləyişə diqqət çəkib. O hədəfin iyul zirvəsinə qədər İsveç və Finlandiyanın alyansa qoşulması olduğunu qeyd edib. 

Editor.az bidirir ki, bu barədə o “Reuters” agentliyinə bildirib. Stoltenberq deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin üzvlük protokolunu Türkiyənin ratifikasiyası problemlərini həll etmək üçün martın ortalarında NATO-nun mənzil-qərargahında Türkiyə, Finlandiya və İsveç arasında görüş keçirməyə razılaşıblar.

Ötən həftə Ankarada Ərdoğanla görüşən Stoltenberq mövzu ilə bağlı heç olmadığı qədər optimist olub: “Mən tərəqqi görürəm. Məqsədimiz 11-12 iyulda Litvada keçiriləcək NATO sammitinə qədər Finlandiya və İsveçin tamhüquqlu üzv olmasını təmin etməkdir”- baş katib bildirib.

O, qeyd edib ki, ratifikasiyanın gecikməsinə baxmayaraq, hər iki ölkə bu gün əvvəlkindən daha təhlükəsizdir: “Qoşulma prosesinin bir hissəsi olaraq, ABŞ da daxil olmaqla, bir neçə NATO müttəfiqi ikitərəfli təhlükəsizlik zəmanəti verib.

Buna görə də Finlandiya və ya İsveçin NATO cavabı olmadan Rusiyadan hər hansı hərbi təhdidlə üzləşməsi ağlasığmazdır”, – Stolenberq vurğulayıb.

  //Samir Qurbanov, Editor.az