Yer kürəsində güclü maqnit qasırğası başlayıb və o, aprelin 17-də səhər saatlarında zəifləyəcək.
Bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb. O, güclü maqnit qasırğasının səbəbi kimi maqnitosferə dəyən iki nəhəng günəş çıxıntısının adını çəkib. “Kosmik təsir güclü maqnit qasırğasına səbəb olub və bu, cümə axşamı səhərə qədər fasilələrlə davam edəcək”, – mütəxəssis izah edib.
Tişkovetsin sözlərinə görə, bu gün səhər saatlarında maksimum geomaqnit pozuntuları müşahidə olunacaq. Onlar G3 və G2 səviyyələrinə çatacaqlar (güclü və mülayim tufanlar). Aprelin 17-si, cümə axşamı gecə və səhər tufan zəifləyərək G2 və G1 səviyyələrinə (orta və zəif) çatacaq.
Tişkovets əlavə edib ki, planetlərarası maqnit sahəsinin konfiqurasiyası hazırda qütb işıqlarının yaranması üçün əlverişlidir. O, onların aprelin 16-dan 17-nə keçən gecə meydana çıxma ehtimalını yüksək adlandırıb. Aurora hətta orta enliklərdə də görünə bilər.
//Samir Qurbanov, Editor.az