Yer kürəsində baş verən maqnit qasırğası yüksək G3 səviyyəsinə çatıb.
Editor.az bu barədə Tətbiqi Geofizika İnstitutuna istinadən xəbər verir. Alimlər qeyd ediblər ki, G3 səviyyəsi (Kp=6,67) altı saat ərzində qeydə alınıb. Yerin maqnit sahəsinin pozulması beş səviyyəli miqyasda ölçülür, burada G1 ən zəif pozğunluğa, G5 isə ən güclü maqnit qasırğasına uyğundur. Səviyyə G2-dən aşağı olarsa, maqnit sahəsinin pozulması ciddi nəticələrə səbəb olmayacaq.
Bundan əvvəl Phobos meteoroloji mərkəzinin aparıcı eksperti Mixail Leus gələn həftə sonu Yer kürəsində maqnit qasırğalarının gözlənildiyini bildirmişdi. İyulun 10-da Kolorado və Merilend universitetlərinin bir qrup amerikalı alimi NASA mütəxəssisləri ilə birlikdə belə qənaətə gəliblər ki, günəş fırtınaları nəinki Yer orbitində peykləri və rabitə sistemlərini təhdid edə bilər, həm də digər kritik infrastrukturların fəaliyyətini poza bilər.
//Gülnarə Abasova, Editor.az