Yer kürəsində yenidən maqnit qasırğası başlayacaqbackend

Yer kürəsində yenidən maqnit qasırğası başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Phobos meteoroloji mərkəzinin aparıcı eksperti Yevgeni Tişkovets öz teleqram kanalında bildirib ki, bazar ertəsi, sentyabrın 16-sı səhər Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.

Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir.

Onun sözlərinə görə,  fırtına axşam saatlarında zəifləyəcək, intensivliyi mülayimləşəcək və sentyabrın 17-si saat 12:00-a qədər davam edəcək. Tətbiqi Geofizika İnstitutunun alimləri bundan əvvəlki maqnit qasırğasını sentyabrın 12-də qeydə alıblar. Onların məlumatına görə, Yerin maqnit sahəsində təhrif dərəcəsi G2 “orta” olub.

Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) məlumatına görə, geomaqnit vəziyyətində dəyişiklik saat 6:00-da başlayıb. Bu arada günəş küləyinin sürəti 350 km/saatdan təxminən 450 km/saata yüksəlib.

//Gülnarə Abasova, Editor.az