Yerdəki maqnit qasırğası təxminən 30 saat davam edirbackend

Yerdəki maqnit qasırğası təxminən 30 saat davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yer kürəsində təxminən 30 saatdır maqnit qasırğası yaşanır.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Alimlərin fikrincə, Günəş və Yerə yaxın şərait geomaqnit qasırğasının tezliklə sona çatacağını göstərir. Bununla belə, fırtınanın qırmızıdan sarıya keçməsi ehtimalı aşağı olaraq qalır.

Hesabatda deyilir: “Həm Günəşdə, həm də Yerə yaxın kosmosda vəziyyət normallaşma üçün əlverişli deyil. <…> Bir çox günlər ərzində ilk dəfə olaraq, gündəlik proqnozlar ulduzda yüksək dərəcəli rentgen şüalarının baş vermə ehtimalının 50 faizdən çox olduğunu göstərir”.

Alimlər qeyd edirlər ki, Yer ətrafında günəş küləyinin sürəti təxminən saniyədə 400 kilometrdən 700 kilometrə, plazmanın temperaturu isə üç dəfə artaraq 100 000 dərəcə Selsidən 300 000 dərəcəyə yüksəlib.

//Gülnarə Abasova, Editor.az