Yerevan hava limanında rus sərhədçilərinin xidmət etməsindən narahatdır – “Vətəndaş müqaviləsi” fraksiyasının katibibackend

Yerevan hava limanında rus sərhədçilərinin xidmət etməsindən narahatdır – “Vətəndaş müqaviləsi” fraksiyasının katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanın partiyası Yerevan hava limanında xidmət edən rus sərhədçilərindən narahatdır.

Editor.az bildirir ki, bu sözləri “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan deyib. “Cəmiyyətin əksəriyyəti kimi biz də bu məsələdən narahatıq.

Bu, partiyamızın gündəmindədir, müzakirələr gedir, nəticələrini açıqlayacağıq”, – Hovhannisyan bildirib. Siyasətçi konkret olaraq mövzunun hansı aspektinin müzakirə edildiyini və bu müzakirələrdə kimin iştirak etdiyini açıqlamayıb.

Müzakirələrin ümumi istiqaməti, onların Rusiya sərhədçilərinin sayının artırılması ilə bağlı olub-olmaması, yoxsa əksinə, onların xidmətlərindən imtina edilməsi barədə suala isə deputat “biz sərhədçilərin az olmasından deyil, ümumiyyətlə onların orada olmasından narahatıq” şəklində cavab verib.

//Samir Qurbanov, Editor.az