Yerevanda daha bir zəlzələ oldubackend

Yerevanda daha bir zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 14-nə keçən gecə, yerli vaxtla saat 01:47-də Yerevandan 13 kilometr cənubi-qərbdə növbəti zəlzələ baş verib.

Editor.az xəbər verir ki, bu barədə qafqazinfo Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası 2,4 təşkil edib. Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ Yerevanda və Ararat vilayətinin bir sıra yaşayış məntəqlərində 2-3 bal gücündə hiss olunub.

Daha əvvəl Ermənistanda 4,7 maqnitudalı zəlzələ baş vermişdi. Güclü təkanlar Yerevanda da hiss olunmuşdu.