Yerusəlim Josep Borrellin İsrailə rəsmi səfərinə “yox” dedibackend

Yerusəlim Josep Borrellin İsrailə rəsmi səfərinə “yox” dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti Avropa diplomatiyasının rəhbəri Josep Borrelli rəsmi səfərlə qəbul etməmək qərarına gəlib. Lakin cənab Borrelin ölkəyə şəxsi səfərlərinə qadağa qoymayıb.

Editor.az xəbər verir ki, Yerusəlim cənab Borreli mövqeyinə görə açıq şəkildə tənqid edib. İsrailin xarici işlər naziri Eli Koen telefon danışığında avropalı diplomatın istifadə etdiyi müqayisələrin qəbuledilməz olduğunu bildirib.

“Terrorun qurbanı olan israillilərlə Fələstin Administrasiyasının dəstəklədiyi fələstinli terrorçular arasında müqayisə və ya saxta “tarazlıq” yaratmaq cəhdlərinə yer yoxdur. Aİ-nin İsrailin daxili siyasətinə müdaxiləsi və terrorçuların ailələrinə təhrik və ödənişlərlə məşğul olan Fələstin qurumlarının maliyyələşdirilməsi dayandırılmalıdır”, – israilli nazir bildirib.

Departament rəhbəri həmçinin Borreli daim “Fələstin terroru ilə İsrailin terrorla mübarizə səyləri arasında” müqayisələr apardığına görə tənqid edib. Eli Koen Josep Borrell ilə söhbətində qeyd edib ki, Aİ İsrailin strateji tərəfdaşıdır. Yerusəlim ümid edir ki, Brüssel İsrail tərəfindən müsbət qarşılanacaq “fərqli yanaşma” yolunu tutmalıdır.

//Samir Qurbanov,Editor.az