Yevgeni Priqojin: Artemovk şəhərinin yarısını nəzarətə götürmüşükbackend

Yevgeni Priqojin: Artemovk şəhərinin yarısını nəzarətə götürmüşük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələri Artemovsk şəhərinin şərq hissəsinə nəzarəti ələ keçirib.

Editor.az xəbər verir ki, bu barədə “Vaqner Qrupu”nun təsisçisi Yevgeni Priqojin məlumat verib: “Baxmutka çayının şərqindəki hər şey tamamilə “Vaqner PMC”in nəzarəti altındadır”.

Xatırladaq ki, “Asia Times”ın köşə yazarı Brenden Vayxert Artemovskdakı döyüşlərin Ukrayna üçün sonun başlanğıcı olacağı qənaətinə gəlib. Onun sözlərinə görə, Kiyev rejiminə kömək edən NATO ölkələrinin silah və sursat ehtiyatları kimi, Ukrayna ordusu da tükənib.

Bundan əvvəl Rusiya qüvvələrinin Artemovk şəhərinin demək olar ki, yarısını nəzarətə götürməsi barədə martın 7-də qondarma “DXR”-in rəhbəri vəzifəsini icra edən Denis Puşilinin müşaviri Yan Qaqin də məlumat vermişdi. Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhərə gedən bütün yolları nəzarətə götürüb.

  //Samir Qurbanov, Editor.az