Yevgeni Priqojin: Donbası və Luqanskı tutmaq üçün bizə 1,5-2 il vaxt lazımdırbackend

Yevgeni Priqojin: Donbası və Luqanskı tutmaq üçün bizə 1,5-2 il vaxt lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Vagner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojin Ukraynada hərbi əməliyyatların müddəti barədə proqnozlar verib.

Editor.az bildirir ki, bu barədə Priqojin “WarGonzo” media layihəsinə müsahibəsində bəhs edib. Onun sözlərinə görə, qondarma “DXR” və “LXR”-in bütün ərazisini tutmaq üçün Rusiya silahlı qüvvələrinə daha bir il yarım-iki il, Dneprə çatmaq üçün isə üç il vaxt lazım ola bilər: Əgər La-Manşa çatmaq lazımdırsa, bununla bağlı ideal planım var”- “Vagner PMC”in təsisçisi Semyon Pegov ilə söhbətində deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı prezident Vladimir Putinin göstərişi ilə 2022-ci il fevralın 24-də başlayıb. Federal hakimiyyət orqanları onun başa çatması üçün konkret tarixlər açıqlamayıblar. Çeçenistan rəhbəri Ramzan Kadırov isə Ukraynadakı hərbi əməliyyatların bu ilin sonuna qədər başa çatacağını bəyan edib.

  //Samir Qurbanov, Editor.az