Şəxsi hərbi şirkət (PMC) “Vaqner” öz hərbi hissələrini Artemovskdan (Baxmut) çıxarmağa başlayıb.
Editor.az bildirir ki, bu barədə “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin məlumat verib. “Biz bölmələri Baxmutdan çıxarırıq. Bu gün, 25 may, səhər saat 5. İyunun 1-nə qədər biz arxa düşərgələrə köçəcəyik, mövqeləri hərbçilərə təhvil verəcəyik – sursat, mövqelər, hər şey, o cümlədən quru yeməkləri və s.” -deyə mətbuat xidməti Priqojinin videomüraciətindən sitat gətirib.
“Vagner” PMC-nin təsisçisi qeyd edib ki, “hərbilər üçün çətin olarsa”, özəl hərbi şirkət Baxmutda şəhər uğrunda döyüşlərdə “əsas rol oynayanları” orada saxlaya bilər. lakin Rusiya Müdafiə Nazirliyi Baxmutdakı mövqelərin hərbçilərə verilməsi ilə bağlı vəziyyəti hələlik şərh etməyib. Ukrayna Müdafiə Nazirliyi bildirir ki, “Vaqner”çilər artıq Baxmut ətrafında yerləşən mövqelərini tərk edərək onları Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçularına təhvil veriblər.
Bununla belə, Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Baxmutun özündə “Vaqner”çilər” hələ də qalıb. Xatırladaq ki, Baxmut uğrunda döyüşlər 2022-ci ilin yayından davam edir.
//Samir Qurbanov,Editor.az