“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin bildirib ki, onun silahlıları Rostov-na-Donu şəhərində hərbi obyektlərə nəzarəti ələ keçirib.
Editor.az bildirir ki, bu gün səhər saat 7:30-da Rusiyanın Rostov şəhərindəki Cənub Hərbi Dairəsinin qərargahının ərazisindən çəkildiyi iddia edilən yeni videoda Priqojin bildirib ki, qərargah və yerli hərbi aerodrom da “vaqnerçi”lərin nəzarəti altındadır. “
Mütəmadi olaraq döyüş işlərinə çıxan təyyarələrin heç bir problemi yoxdur… Biz nəzarəti ələ keçirdik ki, hücum təyyarələri bizə yox, ukraynalılara zərbə endirsin”, – yaraqlıların lideri bildirib.
//Samir Qurbanov, Editor.az

