Yevgeni Priqojin Şoyqunu və Gerasimovu söydü: silah-sursat verin!backend

Yevgeni Priqojin Şoyqunu və Gerasimovu söydü: silah-sursat verin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin döyüş sursatlarının olmamasından və böyük itkilərdən şikayətlənir.

Editor.az bildirir ki, o, “Priqojinin mətbuat xidməti” Telegram kanalında mayın 4-də döyüşdə həlak olan muzdlularının cəsədlərinin əks olunduğu videonu dərc edib və Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Vasili Gerasimovu söyüb.

“Bizdə ən azı 70 % sursat qıtlığı var, ay Şoyqu, ay Gerasimov, lənət olsun sizə!” – deyə Priqojin qışqırır. Putinin aşpazı rus məmurlarının “bahalı klublarda” istirahət edən, həmçinin “Youtube”da video çəkdirən övladlarını xatırlayıb. Yəqin ki, o, yanvarda Dubaya tətilə gedən qızı Şoyquya eyham vurub.

“Fikirləşin ki, əgər sizin mərmi anbarlarınız varsa, buna hüququnuz da var. Elementar hesablama ilə sursat normasını versəniz belə, onların ölüləri bizdən beş dəfə azdır. Onlar bura könüllü kimi gəliblər və burada ölürlər ki, siz qırmızı ağacdan düzəldilən kabinetlərdə saqqız çeynəyəsiniz. Bunu nəzərə alın”, – deyə “Vaqner” PMC-nin rəhbəri əlavə edib.

  //Samir Qurbanov,Editor.az